Vasif Talıbovun qızı “Naxçıvanbank”ın Müşahidə Şurasından çıxarıldı

“Naxçıvanbank” ASC-nin Müşahidə Şurasında dəyişikliklər baş verib.

Səhmdarların qərarı ilə, Baharxanım Vasif qızı Talıbova və Rifat Nazim oğlu Mahmudov Müşahidə Şurasında üzvlükdən çıxarılıb.

Müşahidə Şurasının sədri olan Əsədulla Fikrət oğlu İsgəndərov vəzifəsindən azad edilərək üzv təyin edilib.

Novruzov Binnət Yasin oğlu Müşahidə Şurasına sədr, Rüfət Əhədağa oğlu Məmmədov isə üzv təyin ediliblər.

Xatırladaq ki, “Naxçıvanbank” 2008-ci ildə yaradılıb, ölkənin yeganə regional bankıdır. Onun nizamnamə kapitalı 82.43 milyon manatdır. Bankın səhmdarları 4 fiziki şəxsdir.

Əvvəlki məqalə

“Ukrayna ordusunun PUA-ları donmağa başlayıb”

Sonrakı məqalə

Paşinyan Qarabağ ermənilərini vəziyyəti gərginləşdirməməyə çağırdı