Vatikan arxivlərinin bəzi sirləri ictimaiyyətə açıqlanıb.
Azpost.info xəbər verir ki, bu barədə “Associated Press” yazıb.
45 il Vatikan Apostol Arxivinin prefekti vəzifəsində çalışmış arxiyepiskop Serxio Paqano bildirib ki, kilsə sənədləri ümumi uzunluğu 85 km olan rəflərdən ibarət ikimərtəbəli odadavamlı dəmir-beton bunkerdə saxlanılır.
Onun sözlərinə görə, orada Vatikanın son 12 əsrdə xarici aləmlə əlaqələri haqqında çox az məlum olan və pərdəarxası təfərrüatları, xüsusən də kilsəni pulsuz-parasız qoyan XV Benediktin hekayəsini tapmaq olar.
“Papa XV Benediktin ölümündən sonra kamerlenqo – papanın xəzinəsinə və hesablarına cavabdeh olan kardinal onun seyfinə getdi və onu sözün əsl mənasında boş gördü. Nə kağızlar, nə əskinaslar, nə də sikkələr var idi”, – Paqano deyib.
Arxiyepiskop İkinci Dünya müharibəsi illərində vəzifə tutan və nasistlərin cinayətləri barədə ictimaiyyət qarşısında çıxış etməyən Papa XII Piyin sensasion hekayəsini diqqətdən kənarda qoymayıb. Paqanonun fikrincə, Vatikan onu qorumuş və onun siyasətini Almaniyadan qisas almaq qorxusu ilə əsaslandırmışdı.
Azpost.info