Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Aktual
  • Ölkə

Vəkil Tükəzban Aşurova barəsində hökm çıxarıldı

Orkhan Ali 23 Fevral 2025 - 16:56 (Last updated: 21 May 2025 - 20:15)
Tükəzban Aşurova

Tükəzban Aşurova

2018-ci ildən Vəkillər Kollegiyasının üzvü olmuş, Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili işləmiş Tükəzban Aşurovanın cinayət işi üzrə məhkəmə iclası keçirilib. Aşurova hüquqlarını müdafiə etdiyi şəxsin ailə üzvlərindən 10 min manat alaraq onları aldatmaqda ittiham edilir.

Musavat.com xəbər verir ki, Aşurova cinayət məsuliyyətinə cəlb edildikdən sonra onun vəkillik fəaliyyəti dayandırılmışdı.
İstintaqla müəyyən edilib ki, Aşurova narkotik vasitə əldə etmə və satma ittihamı ilə həbs edilmiş Elgiz Əliyevin hüquqlarını müdafiə edirmiş. O, həmin şəxsin ailə üzvlərindən 10 min manat alıb. İttihama görə Aşurova həmin məbləğ qarşılığında hakim Novruz Kərimovun icraatında olan işə təsir etmək imkanının olduğunu, təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasına nail olacağını deyib.
Bu məqsədlə 10 min manatın hissə-hissə öz kartına köçürülməsinə nail olub.
Lakin vədinə əməl etməyib, Elgiz Əliyev həbsdə qalıb. Bundan sonra Elgiz Əliyevin ailəsi öz vəkillərindən şikayətçi olub.
Məhkəmədə dindirilən zaman Aşurova bildirib ki, 10 min manatı hakimə və ya hər hansı vəzifəli şəxsə vermək üçün almayıb. O, 5 min manatı qonorar kimi özünə, 5 min manatı isə müdafiə etdiyi Elgiz Əliyevin işdən kənar problemlərini həll etmək üçün aldığını deyib. Onun sözlərinə görə Elgiz Əliyev işdən kənar problemlərinin ailə üzvlərinin bilməsini istəməyib və buna görə də onun ailəsinə heç nə deməyib.
Aşurova məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş edib. Əlavə olaraq bildirib ki, aldığı puldan cəmi 2 min manat qaytarıb. Deyib ki, işləmədiyi üçün zərəri ödəyə bilmir.
Elgiz Əliyevin yaxınları məhkəmədə şahid qismində dindirilən zaman bildiriblər ki, Aşurova onlara zəng edərək pulun bir gün ərzində verilməli olduğunu, hakimin adamları ilə işi danışdığını deyib. Onların sözlərinə görə Aşurova Elgiz Əliyev barəsində bəraət hökmü çıxarılmasına söz veribmiş.
İstintaq orqanı bu əməlinə görə Aşurovanı Cinayət Məcəlləsinin 312-1.1-ci (Vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə, nüfuz alveri) maddəsi ilə təqsirli bilib.
Lakin Ağcabədi Rayon Məhkəməsi Aşurovanın əməlində nüfuz alveri yox, dələduzluq olduğu qənaətinə gəlib. Buna görə də onun əməlini dələduzluq maddəsinə tövsif edilib və barəsində yüngül cəza təyin edilib. Hökmə əsasən Aşurova barəsində 3 il azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Aşurova barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvədə saxlanılıb.

Post navigation

Previous: Rəfail Mehralıyevin adı tender qalmaqalında: 1.8 milyon borc
Next: Bakı hazırda belədir

Oxşar xəbərlər

ilham zengi01
  • Ölkə

Prezident və birinci xanım Zəngilanda – YENİLƏNİB

User 06 Noyabr 2026 - 14:31
ramiz mehdiyev
  • Ölkə

Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması təsdiqlənib

User 30 Oktyabr 2026 - 17:27
ilham yap02
  • Ölkə

YAP Təftiş Komissiyasının sədri seçilib

User 30 Oktyabr 2026 - 16:41

xƏBƏR

ilham muraciet
  • Baş Yazı

Prezident İlham Əliyev Zəfər günü münasibətilə xalqı təbrik etdi – TAM MƏTN

User 08 Noyabr 2026 - 12:31
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 8 Noyabr – Zəfər Günü münasibətilə Xankəndi şəhərində...
Read more about Prezident İlham Əliyev Zəfər günü münasibətilə xalqı təbrik etdi – TAM MƏTN
“Misilsiz duyğudur…” – Hikmət Hacıyev Şuşadan paylaşım etdi hikmet
  • Siyasət

“Misilsiz duyğudur…” – Hikmət Hacıyev Şuşadan paylaşım etdi

User 08 Noyabr 2026 - 00:46
İsraildə siyasi dönüş – Netanyahunun rəqibi hökuməti qurmaq üçün mandat aldı ayzenkot
  • Dünya

İsraildə siyasi dönüş – Netanyahunun rəqibi hökuməti qurmaq üçün mandat aldı

User 08 Noyabr 2026 - 00:40
Putin şəxsi təyyarəsini İrana göndərdi: Tehranla bağlı mühüm vəd putin rezai
  • Dünya

Putin şəxsi təyyarəsini İrana göndərdi: Tehranla bağlı mühüm vəd

User 08 Noyabr 2026 - 00:35
ABŞ Xəzər dənizində İranın qarşısını kəsməyə hazırlaşır – “Iron Gate” yaradıldı abs gemi irana
  • Baş Yazı

ABŞ Xəzər dənizində İranın qarşısını kəsməyə hazırlaşır – “Iron Gate” yaradıldı

User 08 Noyabr 2026 - 00:25
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.