“Virusa görə 2 min 300-ə yaxın məhkum vaxtından əvvəl azad olunub” –

ƏDLİYYƏ NAZİRİ
23 Noyabr 2020 - 12:44

Qlobal pandemiya şəraitində ədalət mühakiməsinin həyata keçirilməsi məsələləri də diqqətdə saxlanılmış, məhkəmə proseslərinin videoformatda keçirilməsi məqsədilə xüsusi proqram modulu hazırlanaraq tətbiqinə başlanılmış, habelə cinayət işlərinə də video-əlaqə ilə baxılmasının təmin edilməsi üçün dövlət başçısının təşəbbüsü ilə qanunvericiliyə mühüm dəyişikliklər edilib”.

Bunu Ədliyyə naziri Fikrət Məmmədov deyib. O bildirib ki, məhkumların və təqsirləndirilən şəxslərin həyat və sağlamlıqlarının qorunması ciddi nəzarətdə saxlanılmış, dövlət başçısının humanist siyasətinin təzahürü olaraq imzaladığı əfv Sərəncamı ilə virusa yoluxması daha riskli olan yaşı 65-dən yuxarı məhkumların əksəriyyəti azadlığa buraxılıb: “2.300-ə yaxın məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad olunub və ya yüngül rejimli müəssisəyə keçirilib. 740 nəfər isə ev dustaqlığı və digər alternativ qətimkan tədbirlərinin tətbiqi nəticəsində həbsdən azad ediliblər”.