“Virusun qarşısı alınmasa, xəstəlik dağıdıcı ola bilər” –ÜST-dən AÇIQLAMA

Yeni növ koronavirus infeksiyasının (COVID-19) yenidən alovlanması ilə bağlı real təhlükə var.

“RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun direktoru Hans Henri Kluge bildirib.

Onun sözlərinə görə, koronavirusun yayılmasının qarşısı alınmasa, xəstəlik dağıdıcı ola bilər.

“Məhdudiyyətləri aradan qaldıran ölkələrin sayı artdıqca COVID-19-un yenidən alovlanması təhlükəsi yaranır”, – deyə o vurğulayıb. Kluge qeyd edib ki, hazırda vəziyyət ilin əvvəli ilə müqayisədə heç də yaxşı deyil: “Bizim hələ də COVID-19-la mübarizə ilə bağlı nə peyvəndimiz, nə də müalicə üsulumuz var”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan vətəndaşları Türkiyədə, Türkiyə vətəndaşları Azərbaycanda 90 gün vizasız qala biləcək

Sonrakı məqalə

Balakəndə icra nümayəndəsinin oğlu heroinlə tutulub –