Qanda trombositlərin səviyyəsi çox aşağı olarsa, bu, anemiyaya, ağır hallarda isə leykemiyaya səbəb ola bilər.
Azpost.info xəbər verir ki, trombositlərin sayını artırmaq üçün səhərlər acqarına fıstıq yemək tövsiyə olunur.
Eyni zamanda, səhər acqarına bir ovuc fıstıq yeməklə bağırsaqlarınızı nəmləndirəcək, mədənizi qoruyacaq və daha enerjili olacaqsınız. Fıstıq mədədə narahatlıq hissini aradan qaldırmağa da kömək edir. O, özündə əzələ toxumasının böyüməsi və düzgün işləməsi üçün lazım olan çox miqdarda zülal ehtiva edir.
Tərkibində az karbohidrat olduğu üçün şəkər xəstəliyindən əziyyət çəkən insanlar tərəfindən də istehlak edilə bilər.
Fıstıq vitamin və menerallarla zəngindir. Onun tərkibində insan orqanizminin normal fəaliyyəti üçün lazım olan yüksək keyfiyyətli yağlar, çoxlu miqdarda zülal var. Bu zəngin tərkibə görə fıstıq bədənin müdafiəsini aktivləşdirməyə, viral və bakterial infeksiyalara qarşı müqavimət göstərməyə kömək edir. Yaddaşı yaxşılaşdırır, uzunmüddətli konsentrasiyaya kömək edir.
Stresli vəziyyətlərə və əsəb gərginliyinə qarşı mübarizədə iştirak edir, bədəndən toksinlərin çıxmasına kömək edir.
Eyni zamanda, ürək xəstəliklərinin inkişaf riskini azaldır, insan orqanizmini mümkün insultlardan qoruyur. Öd kisəsində daş əmələ gəlməsinin qarşısını alır, xolesterinin səviyyəsini aşağı salır.
Fıstığı saxlamaq üçün qapaqla sıx bağlanan şüşə qabdan istifadə edin. Bu, məhsulu nəmdən və kifdən qoruyacaq. Qabı sərin və quru yerdə saxladıqda içindəki qabıqsız fıstıqların ömrünü 6 ayadək uzatmaq olar.
Azpost.info