Vladimir Jirinovski öldü

Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski ölüb.

Azpost.info xəbər verir ki bu barədə Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin “Telegram” kanalında məlumat verib.

O, Jirinosvkinin ağır və uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdiyini qeyd edib.

“Dünyanın necə işlədiyini dərindən dərk edən və çox şeyi qabaqcadan görən insan. Dövlət Dumasında LDPR fraksiyasının lideri. O, həmişə hadisələrin içində olub…”, – Volodin bildirib.

Volodinin fikrincə, Jirinovski olmadan müasir Rusiyanın siyasi sisteminin inkişaf tarixini təsəvvür etmək çətindir.

Əvvəlki məqalə

Niderland ruslara məxsus 14 yaxtaya ölkədən çıxışı qadağan edib

Sonrakı məqalə

Bakıda partlayışda xəsarət alanların vəziyyəti açıqlanıb