Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı

17 Avqust 2020 - 14:53

Rusiya Prezidenti Vladimir Putin və onun türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Kremlin mətbuat xidmətinin yaydığı məlumata görə, Rusiya və Türkiyə liderləri əsas diqqəti Liviya böhranına ayırıblar.

Rusiya Prezidenti Liviyada münaqişə tərəflərinin birbaşa danışıqlara başlamasının vacibliyini vurğulayıb.

Bundan başqa, V. Putin Türkiyədəki rusiyalı turistlərin sanitar-epidemioloji təhlükəsizliyinin təmin olunmasının vacibliyini qeyd edib. (APA)