Volodin iranlı həmkarı ilə görüşüb- Birgə konfrans keçirməyi təklif edib

Rusiya Dumasının sədri Vyaçeslav Volodin iranlı həmkarı Məhəmməd Baqir Qalibafla görüşündə terrorizmlə mübarizə və regional əməkdaşlığın gücləndirilməsinə dair parlament sədrlərinin konfransının keçirilməsini təklif edib.

Azpost.info xəbər verir ki, bu barədə Dumanın mətbuat xidməti məlumat yayıb.

“Əgər siz bu təşəbbüsü dəstəkləsəniz, ilin sonunda konfrans keçirməyi müzakirə edə bilərik. Bu dəfə konfrans Rusiyada keçiriləcək”, – Volodin deyib.

Volodin ümid etdiyini bildirib ki, parlamentarilər mövcud problemlərin həlli yollarını tapa biləcəklər.

İran parlamentinin sədri Volodinin təklifi ilə razılaşıb. “Biz beynəlxalq platformalarda ümumi yanaşmalar və mövqelər tutmalıyıq”, – Qalibaf vurğulayıb.

O, həmçinin Volodini İranın yeni prezidenti Məsud Pezeşkiyanın iyulun 30-da keçirilməsi planlaşdırılan andiçmə mərasimində iştirak etməyə dəvət edib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.