Bu gün Rusiyanın “Birinci” kanalının məşhur “Vremya” proqramının canlı efirinə girib Ukraynadakı müharibəyə etiraz plakatı qaldıran Marina Ovsyannikovanın addımı geniş rezonans doğurub.
Bəs Marina Ovsyannikova kimdir?
Azpost.info bildirir ki, Marina Ovsyannikova “Birinci” kanalın redaktoru vəzifəsində çalışır.
Özünün səhifəsində Marina yazıb ki, 2001-2005-ci illərdə Rusiya xalq təsərrüfatı akademiyasında oxuyub və dövlət qulluğunda çalışıb. O, həmçinin Kuban dövlət universitetinin məzunudur.
Moskvada yaşayır.
“Exo Moskvı” radiosunun sabiq baş redaktoru Aleksey Venediktov özünün teleqram kanalında yazıb ki, Marina Ovsyannikova 3 uşaq anasıdır. O, Birinci kanalın informasiya proqramları redaksiyasında işləyir.
Marina canlı efirə müdaxilə etməzdən əvvəl müharibəyə etiraz edən çıxışını yazıb. Orada Marina müharibəni dayandırmağa çağırır və prezident Putini ittiham edir.