Vyanada Luis Okamponun təqdimat tədbiri iflasa uğrayıb

Vyanada erməni lobbistlərinin təşkilatçılığı ilə Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Okamponun təqdimatı təşkil edilib.

Vyana Diplomatik Akademiyasında təşkil edilən və iştirakçıların əksəriyyəti Ermənistan səfirliyinin əməkdaşları və erməni icmasından ibarət olan tədbir tam iflasla nəticələnib.

Tədbirin mövzusu Azərbaycanın Qarabağ bölgəsindən köç edən ermənilərin hüquqi məsələlərinə həsr olunsa da tədbir heç bir hüquqi əsas və ya dəlillər gətirilmədən anti-Azərbaycan təbliğatına çevrilib, bölgədə gedən sülh və nomallaşma səylərinə toxunulmayıb, əksinə son inkişafların ciddi narahatlıq doğurduğu kimi mesajlar səsləndirilib.

Həmçinin aparıcı Avropa ölkələri ilə münasibətlərdə Azərbaycanın nüfuzunun artması və COP29 tədbirinə ev sahibliyi etməsindən narahatlıqlar ifadə olunaraq Azərbaycana qarşı sanksiyaların tətbiqinə çağırışlar edilib.

Bu da erməni millətçiləri və radikal icma üzvləinin bölgədə gedən proseslərdən nə qədər uzaq olduğunu və Ermənistanın sülhə nail olmasını arzulamadıqlarını göstərir.

L.Okampo ötən il yazdığı hesabatında olduğu kimi Azərbaycana qarşı yersiz və hüquqi arqumenti olmayan ittihamları təkrar edib. O, guya Azərbaycanın ermənilərə qarşı soyqırımı törətmək niyyətində olması ilə bağlı səsləndirdiyi fikirlərinə görə tədbirin Avstriyalı moderatoru tərəfindən verilən suallar qaşrısında aciz vəziyyətdə qalıb. Belə ki, moderator hüquqi anlayışa görə soyqırımı cinayətinin 2 elementinin, soyqırımı törətmək niyyəti və etnik qrupun fiziki olaraq məhvinin tələb olunduğunu və bunların Qarabağ ermənilərinə münasibətdə mövcud olmadığına dəlalət edən suallar verib. Həmçinin L.Okampo moderatorun əgər soyqırımı mövcuddursa niyə Ermənistan buna görə Beynəlxalq Ədalət Məhkəməsində iş qaldırmır sualına cavab verə bilməyib.

L.Okampo tədbirdə iştirak edən azərbaycanlıların sual və iradları qarşısında da çətin duruma düşüb. Belə ki, ona ötən il Qarabağ bölgəsində baş verən hadisələrlə bağlı qərəzli və selektiv yanaşma göstərdiyi, Azərbaycana qarşı itithamların əsassız olduğu, Azərbaycanın reinteqrasiya səylərinə, Ağdam yolu ilə erməni sakinlərinə təchizatların daşınmasına imkan yaratmağa hazır olmasına, renteqrasiya portalı yaratmasına, Laçın yolundan sui-istifadə edildiyinə, 30 il ərzində Ermənistanın işğal siyasəti və əsl etnik təmizləmənin Ermənistan tərəfindən aparıldığına, məcburi köçürülməyə məruz qalmış azərbaycanlıların Ermənistana qayıdışına şərait yaratmadığına, Azərbaycanın və digər ölkə rəsmilərinin bəyanatlarını təhrif etdiyinə dair suallar verilib, nəticədə L.Okampo Qarabağın Azərbaycan ərazisi olduğunu, Ermənistanın uzun müddət işğal siyasəti apardığı və Azərbaycanlıların öz yurdlarına qayıdış hüququnun olduğunu qəbul etməli olub. (APA)

Əvvəlki məqalə

“Ermənilərlə azərbaycanlıların mehriban qonşu kimi yaşaya biləcəyi gün gələcək” –

Sonrakı məqalə

Yeni tədris ili üçün I siniflərə sənəd qəbulu başlayır