Hər bir nəfər ayda marketdə ərzaq, içki və siqaretə 268 manat xərcələyib

Market
Market

2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkələrində istehlakçılara 1 milyard 520.6 milyon manatlıq içki və tütün məmulatları satılıb.

APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrünə nisbətən 0.6% çoxdur.

Qeyd edək ki, ötən ay pərakəndə ticarət şəbəkələrində istehlakçılara 224.5 milyon manatlıq içki və tütün məmulatları satılıb.

Xatırladaq ki, hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 489,6 manatlıq, o cümlədən 268,7 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 220,9 manatlıq qeyri-ərzaq malları alıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.