“Windows”da yaranan qlobal texnoloji nasazlığın əsas səbəbi aradan qaldırılıb.
Azpost.info xəbər verir ki, bu barədə “Microsoft” məlumat yayıb.
“Bununla belə, bəzi Microsoft 365 bulud platforması sistemləri hələ də problemlərlə üzləşə bilər. İstifadəçilər PowerBI, Microsoft Fabric, Microsoft Teams və Microsoft 365 idarəetmə mərkəzi kimi xidmətlərə daxil olmaqda çətinlik çəkirlər”, – məlumatda bildirilir.
“Microsoft” kəsilmənin əsas səbəbinin yaddaş və hesablama resursları arasında fasiləyə səbəb olan daxili “Azure” iş yüklənmələrində konfiqurasiya dəyişikliyi olduğunu deyib.
“Problemin əsas səbəbi aradan qaldırıldı və bir neçə Microsoft 365 tətbiqi və xidmətləri tam bərpa edildi. Qalıq təsirlər hələ də bəzi Microsoft 365 proqram və xidmətlərinə təsir edir və Microsoft 365 mühəndisləri problemi həll etmək üçün işlərini davam etdirirlər”, – şirkətin açıqlamasında bildirilir.
Azpost.info