“Windows” əməliyyat sistemində qlobal nasazlıq yaranıb. Bu da öz növbəsində bütün dünya üzrə banklara, aviaşirkətlərə və media orqanlarına təsir edib.
Azpost.info xəbər verir ki, bu barədə Amerikanın “The Verge” portalı məlumat yayıb
Kütləvi nasazlığın “CrowdStrike”dən ən son təhlükəsizlik proqram yeniləməsi ilə baş verdiyi ehtimal edilir. Bu proqram təminatının quraşdırıldığı qurğular və xidmətlər şəbəkədən ayrılır və sonsuz yenidən yükləmə dövrünə keçir.
“İzvestiya” yazır ki, iyulun 19-da səhər milyonlarla “Windows” istifadəçisi məlum problemlə üzləşib. Problem avtomatik yeniləmə funksiyasını söndürməmiş lisenziyalı versiyanın istifadəçiləri üçün xarakterikdir. Şikayətlərin çoxu ABŞ-dan, həmçinin Avropa, Avstraliya və Hindistandan gəlib.
Problem həmçinin “Microsoft”un digər məhsullarının, o cümlədən “Microsoft Azure” və “Microsoft 365”in fəaliyyətinin dayandırılmasına səbəb olub. Daha sonra şirkət bulud xidmətlərinin bərpa olunduğunu və vəziyyəti sabitləşdirmək üçün tədbirlər görüldüyünü bildirib.
Nəşr qeyd edir ki, nasazlıq “CrowdStrike” tərəfindən hazırlanmış Falcon sensorunun yenilənməsi ilə bağlıdır. Sensor kiberhücumların qarşısını almaq üçün nəzərdə tutulub və təhdidlərin daha tez aradan qaldırılması funksiyasına malikdir.
Nasazlığın kiberhücumlarla bağlı olmadığı bildirilir.
Azpost.info