Xələf Xələfov:“Xəzər yalnız ətrafındakı ölkələri yox, Avropa və Asiyanı birləşdirir” 

Xəzərin hüquqi statusu ilə bağlı Konvensiya Azərbaycan və Rusiya arasındakı ikitərəfli münasibətlərin töhfəsidir. Azərbaycan hər bir Xəzəryanı ölkə ilə siyasi və iqtisadi sahədə sıx əməkdaşlıq edir. Bu, Xəzərdə qarşılıqlı təhlükəsizliyin, etimadın təmini üçün mühüm amildir.

Trend-in məlumatına görə, bu sözləri Xarici İşlər nazirinin müavini, Azərbaycan Respublikası Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfov sentyabrın 19-da işə başlayan IX Beynəlxalq “Caspian Energy Forum Baku – 2019” sərgisində deyib.

X.Xələfov qeyd edib ki, Xəzərin hüquqi statusu haqqında Konvensiya 3 istiqaməti əhatə edir: “Birincisi regionda əməkdaşlığın daha da möhkəmlənməsidir. Bu Xəzəryanı ölkələr arasında siyasi dioloqun, beynəlxalq münasibətlərin inkişafına təkan deməkdir. İkinci istiqamət iqtisadi, üçüncü istiqamət isə ekoloji əməkdaşlığın möhkəmlənməsinə xidmət edir. Xəzərin ekoloji hüququnun formalaşması burada həyata keçirilən bütün layihələrin beynəlxalq ekologiya standartlarına cavab verməsinə səbəb olacaq. Xəzər yalnız ətrafındakı ölkələri yox, həmçinin Avropa və Asiyanı birləşdirir”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Əli Həsənov “Əsrin müqaviləsi”ndən yazdı:

Sonrakı məqalə

“Bizim Cəbiş müəllim” filmindəki “Çağırsa ellər, gedərəm davaya” meyxanasını kim yazıb? –