Xəstəxanalarda sıxlığın aradan qaldırılması üçün “randevu” sistemi tətbiq ediləcək

“Bəzən hər hansı tibb müəssisəsinin işçisi vətəndaşın icbari tibbi sığortadan yararlanmasına süni maneələr yaradır. Bu kimi neqativ halların qarşısını almaq üçün həmin tibb işçiləri barədə tənbeh tədbirləri görülür”.

Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev agentliyin illik fəaliyyəti və strateji hədəfləri mövzusunda mətbuat konfransında deyib.

“Bir başqa neqativ hal isə həkim çatışmazlığı ilə bağlıdır. Problem əsasən regionlarda müşahidə olunur. Bu istiqamətdə də aidiyyəti üzrə çıxış yolları, mərhələli tədbirlər görülür”, – deyə Z.Əliyev bildirib.

O qeyd edib ki, son dövrlərdə xəstəxanalara müraciət sayları da artıb və sıxlıq müşahidə olunur: “Bu halları aradan qaldırmaq üçün pilot layihə kimi “randevu” sistemi tətbiq ediləcək. Sistem özünü doğruldarsa, ölkə üzrə tətbiqi düşünülür. Bu da sıxlığın aradan qaldırılmasına töhfə verəcək”.

 

Əvvəlki məqalə

Tam orta təhsilli gizirlərə “Kiçik leytenant” rütbəsi veriləcək

Sonrakı məqalə

Alban pasportu ilə həbs olunan iş adamı azərbaycanlı çıxdı –