Xəzər Universitetinin adı ABŞ-ın məşhur teleserialında çəkilib –VİDEO

ABŞ-ın ABC kanalının çəkdiyi məşhur “Alias” teleserialında Xəzər Universitetinin adı çəkilib.

Səhnələrdən birində Xəzər Universitetinin “Neft və qaz geologiyası və geofizikası” ixtisasından söhbət açılır və Azərbaycana gedən qəhrəmana bu ixtisas üzrə doktorantura proqramına qəbul olunması məsləhət görülür. Hollivud filmlərində nadir hallarda universitetlərlə bağlı səhnələr olur və bu halda da, bir qayda olaraq, əsasən, ABŞ-ın və dünyanın məşhur universitetlərinin adı çəkilir. Bu baxımından, Xəzər Universitetinin adının, çoxsaylı nüfuzlu mükafatlar almış, məşhur teleserialda qeyd olunması, həm Xəzər universiteti adına, həm də Azərbaycan təhsili adına qürurverici haldır.
Xəzər Universiteti ABŞ-ın məşhur teleserialında Azərbaycanda ingilis dilində keyfiyyətli təhsil verən universitet kimi təqdim edilir. Qeyd edək ki, serialı, yayımlandığı dövrdə, yalnız ABŞ-da 8 milyona yaxın insan izləyib.
Xəzər Universiteti ilə bağlı olan səhnə 1-ci bölüm, 19-cu seriyadandır və “Qar adam” adlanır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Pandemiyadan zərər çəkən vergi ödəyicilərinə 128 mln. manatdan çox maliyyə dəstəyi göstərilib

Sonrakı məqalə

Rusiya-Azərbaycan sərhədində Azərbaycan vətəndaşı ölüb