Xaçmaz şəhərinin küçə və yolları yenidən qurulur

Xaçmazda şəhərdaxili yolların abadlaşdırılması və asfaltlanması işləri həyata keçirilir.

İlin sonuna kimi ümumilikdə 25 küçəyə asfalt döşənəcək.

Hazırda şəhərin Atatürk, Rəsulzadə, Mehmandarov, Əliağa Şıxlinski, Molla Pənah Vaqif, Nurağa Tağıyev və Mehman Məmmədov küçələri yenidən qurulur.

Son 5 ildə Xaçmaz şəhərinin 105 küçəsində asfaltlanma işləri görülüb. Şəhərdə bütün yolların mərhələli şəkildə yenidən qurularaq abadlaşdırılması nəzərdə tutulub.

Əvvəlki məqalə

XİN Konstitusiya Günü münasibətilə paylaşım edib

Sonrakı məqalə

Prezident İlham Əliyev İordaniya Vəliəhdi ilə görüşüb