Xaçmazda tüfənglə həmyerlisinə xəsarət yetirən şəxs saxlanılıb

Avqustun 29-da səhər saat 8 radələrində Xaçmaz sakini Seyidağa Əhmədovun odlu silahdan açılan atəş nəticəsində xəsarət alması barədə rayon polis şöbəsinə məlumat daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan məlumat verilib. Bildirilib ki, ilkin araşdırma zamanı adıçəkilən şəxsə rayon sakini Raqif Manafov tərəfindən ov tüfəngi ilə xəsarət yetirildiyi müəyyən edilib. Raqif Manafov polis əməkdaşları tərəfindən saxlanılıb və ondan cinayətdə istifadə etdiyi ov tüfəngi götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Əvvəlki məqalə

Azərbaycanlı dirijor Latviyada dünya şöhrətli operanı idarə edib –

Sonrakı məqalə

Sabah hava necə olacaq?