Xalq artisti Ağakişi Kazımovla vida mərasimi keçirilib

09 Oktyabr 2021 - 14:24

Bu gün Təzəpir məscidində Xalq artisti Ağakişi Kazımovla vida mərasimi keçirilib.

Vida mərasimində mərhumun ailə üzvləri, yaxınları, sənət dostları və digər şəxslər iştirak ediblər.

Qeyd edək ki, Xalq artisti dünən vəfat edib. Mərhum bu gün “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq.