Xalq artisti Arif Babayev xəstəxanadan evə buraxılıb

15 Oktyabr 2021 - 16:59

Mərkəzi Klinik Xəstəxanada müalicə olunan Arif Babayev bu gün evə buraxılıb.

Bu barədə APA-ya Xalq artistinin oğlu Yaşar Babayev məlumat verib.

O, atasının səhhətinin hazırda yaxşı olduğunu deyib.

Qeyd edək ki, bir müddət öncə xanəndə səhhətində yaranan problemlərə görə, xəstəxanaya yerləşdirilmişdi.