Xalq artisti Nəzakət Teymurova koronavirusa yoluxub.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Azərbaycan Respublikasının Xalq artisti, Prezident mükafatçısı Nəzakət Xosrov qızı Teymurova yeni növ koronavirusa (COVİD-19) yoluxub.
Bu barədə teleaparıcı Nuran Hüseynov (Hacı Nuran) “Facebook” səhifəsində yazıb.
Hazırda xalq artisti xüsusi rejimli xəstəxanaya yerləşdirilib, vəziyyəti orta ağırdır. Heydər Əliyev Fondu xanəndənin səhhəti ilə bağlı məsələni nəzarətə götürüb. (Teleqraf.com)