Xalq artisti Nəzakət Teymurova koronavirusa yoluxdu –Xüsusi rejimli xəstəxanaya yerləşdirildi (YENİLƏNİB)

Xalq artisti Nəzakət Teymurova koronavirusa yoluxub.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Azərbaycan Respublikasının Xalq artisti, Prezident mükafatçısı Nəzakət Xosrov qızı Teymurova yeni növ koronavirusa (COVİD-19) yoluxub.

Bu barədə teleaparıcı Nuran Hüseynov (Hacı Nuran) “Facebook” səhifəsində yazıb.

Hazırda xalq artisti xüsusi rejimli xəstəxanaya yerləşdirilib, vəziyyəti orta ağırdır. Heydər Əliyev Fondu xanəndənin səhhəti ilə bağlı məsələni nəzarətə götürüb. (Teleqraf.com)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

SOCAR Azərbaycan qazını Avropaya daşıyacaq layihəyə 10 milyard dollar xərcləyib –

Sonrakı məqalə

“Namaz qılıram, ibadət edirəm, Allaha inanmaq lazımdır” –