Xalq artisti Rafael Dadaşovla vida mərasimi keçirilir

17 Mart 2020 - 13:42

Xalq artisti Rafael Dadaşovla vida mərasimi keçirilir.

APA-nın xəbərinə görə, vida mərasimi Xalq artistinin yaşadığı evdə təşkil olunub.

R. Dadaşov II Fəxri xiyabanda dəfn ediləcək.

Qeyd edək ki, Xalq artisti Rafael Dadaşov martın 16-da vəfat edib. O, bir müddət əvvəl ürəyin işemik xəstəliyi infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə yerləşdirilmişdi.