“Xalqın Gücü” Gürcüstan parlamentində çoxluğu tərk edərək müxalifətə keçdi

“Xalqın Gücü” partiyası Gürcüstan parlamentindəki parlament çoxluğunu tərk edərək hakim “Gürcü arzusu” partiyasına müxalifətə keçib.

Azpost.info xəbər verir ki, bu barədə “Xalqın Gücü” partiyasının lideri Quram Maçaraşvili bildirib.

“Xalqın Gücü” partiyası parlament çoxluğunu tərk etmək qərarına gəldi və bununla da Gürcüstanda sağlam müxalifətin mövcudluğunun başlanğıcı oldu. Biz Gürcüstanda və ondan kənarda cəmiyyətə göstərəcəyik ki, sağlam müxalifət, Gürcüstanın maraqları üçün işləmək istəyən siyasi qüvvə necə olmalıdır”, – Maçaraşvili deyib.

Azpost.info

Əvvəlki məqalə

“Magistratura və rezidenturanı bitirənlər hərbi xidmətdən azad edilsinlər”

Sonrakı məqalə

Alternativ hərbi xidmətlə bağlı təklifi dəstəkləyirik