Xamenei Haniyənin qətlindən danışdı- Qisas vədi verdi

Xamenei
Xamenei

İranın ali dini lideri Seyid Əli Xamenei HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda həlak olması ilə bağlı açıqlama verib.

Azpost.info xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Xamenei bildirib ki, İran HƏMAS Siyasi Büro rəhbərinin tökülən qanının qisasını almağı öz vəzifəsi hesab edir.

“Bu hərəkəti ilə cinayətkar və terrorçu sionist rejim ağır cəza üçün əsas yaratmış oldu və biz İran İslam Respublikası ərazisində şəhid olanın qanının qisasını almağı özümüzə borc bilirik”, – dini lider qeyd edib.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.