İranın dini rəhbəri Xameneyi “Hizbullah”ın baş katibi Nəsrullahı gözlənilən sui-qəsd cəhdi ilə bağlı xəbərdar etməyə çalışıb.
Azpost.info bildirir ki, bu barədə Reuters məlumat yayıb.
Agentlik mənbələrə istinadən yazır ki, Livandakı peycer partlayışlarından sonra Ayətullah Xamenei Nəsrullaha öz elçisini göndərərək onu təcili İrana getməyə çağırıb. İran kəşfiyyatı Hizbullah” təşkilatında İsrail agentlərinin olduğunu hesab edib.
İran bunun üçün Livana SEPAH generalı Abbas Nilforuşanı göndəriblər. O, srailin hava hücumu nəticəsində Hizbullahın baş katibi ilə birlikdə eyni bunkerdə həlak olub.
Azpost.info