Ermənistanda Xankəndi, Ağdərə və Əsgəranın keçmiş qondarma “merləri” tutulub

Qarabağ separatçıları Ermənistanda həbs olunub.

“Sputnik Armenia”nın məlumatına görə  separatçı guruhun Xankəndi və Ağdərə üzrə keçmiş qondarma “merləri” David Sarkisyan və Mişa Qürdcan Ermənistanda tutulub.

Onlar korrupsiya əməlləri törətməkdə və nəqliyyat vasitələrini mənimsəməkdə təqsirləndirilirlər.

Qeyd edək ki, daha əvvəl Əsgəranın keçmiş “mer”i Ayk Şamiryan da eyni ittihamla saxlanılıb.

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.