Xankəndinə işığı Azərbaycan verir? –"Azərişıq"dan açıqlama

Hazırda Xankəndi istiqamətində “Azərişıq” tərəfindən hər hansı elektrik təminatı yoxdur.

Bunu “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə qurumun 2022-ci ilə dair hesabat xarakterli mətbuat konfransında çıxışı zamanı bildirib.

“Azərbaycanın istənilən ərazisinin kommunal xidmətlərlə təmin edilməsinə qadirik. Lakin hazırda Xankəndi Ermənistandan gələn elektrik xətti vasitəsilə qidalanır”, – deyə Araz Məmmədov vurğulayıb.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.