“Xankəndiyə, Əsgərana, Ağdərə və Xocavəndə aviasiya zərbəsi endirilməsi xəbəri yalandır” –RƏSMİ

Ermənistan mətbuatının guya Azərbaycan Ordusunun bölmələrinin Xankəndiyə raket, Əsgəran, Ağdərə və Xocavəndə isə aviasiya zərbələrinin endirilməsi xəbəri yalandır.

Müdafiə Nazirliyindən verilən məlumata görə, bu xəbər düşmənin bu gün Azərbaycanın yaşayış məntəqələrini raket artilleriya atəşinə tutmasından diqqəti yayındırmaq məqsədini güdür.

Ermənistan silahlı qüvvələrindən fərqli olaraq Azərbaycan Ordusu humanitar atəşkəs rejiminə riayət edir və yalnız düşmənin atəş nöqtələrinə adekvat zərbələr endirir.

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir