Xaricdəki azərbaycanlıların pul köçürmələri ilə bağlı işçi qrupu yaradılıb

“Bir milyona yaxın Azərbaycan vətəndaşı xaricdə yaşayır, çalışır və ölkələrinə pul köçürmələri edir”.

Bunu Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Gyorgiyev “Azərbaycanda pul köçürmələrinin sosial-iqtisadi təsirlərinin qiymətləndirilməsi” mövzusunda keçirilən tədbirdə deyib. Onun sözlərinə görə, ötən ilin yay aylarında bu pul köçürmələrinin təkmilləşdirmələri ilə bağlı layihə hazırlanıb:

“Bu gün layihənin işçi qrupu yaradılacaq. Pul köçürmələrinin müəyyən aspektləri var. Onları müzakirə etmək lazımdır. Müzakirələrə bankları da cəlb etmişik ki, vəsaitin yaxşı formada göndərilməsi üçün fikirlərini bildirsinlər”.

Vladimir Gyorgiyev bildirib ki, 2020-ci ildə Azərbaycana köçürülən pulun həcmi ÜDM-nin 2,4 faizini təşkil edib.

“Bu rəqəm 1 milyard 240 milyon manatdır. 2019-cu ildə pandemiya səbəbindən bu rəqəmin azalacağını gözləyirdik, lakin 3 faiz artım olduğu müşahidə edilib” – deyə o qeyd edib.

 

“Azərbaycanda pul köçürmələrinin sosial-iqtisadi təsirlərinin gücləndirilməsi” layihəsinin işçi qrupunun tərkibi açıqlanıb.

Layihənin işçi qrupunun üzvləri və müşahidəçiləri aşağıdakılardır:

1. BMQT Azərbaycan
2. Dövlət Miqrasiya Xidməti
3. İqtisadiyyat Nazirliyi
4. Maliyyə Nazirliyi
5. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
6. Xarici İşlər Nazirliyi
7. Mərkəzi Bank
8. Diasporla İş üzrə Dövlət Komitəsi
9. Ailə, Qadın va Uşaq Problemləri üzrə Dövlət Komitəsi
10. Dövlət Statistika Komitəsi
11. Maliyyə Monitorinqi Xidməti
12. “Azərpoçt” MMC

Müşahidəçilərə müxtəlif banklar, QHT-lər, Azərbaycan Banklar Assosiasiyası, BMT Rezident Əlaqələndiricisinin Ofisi, BMT-nin inkişaf Proqramı və Beynalxalq Əmək Təşkilatı daxildir.

Layihənin icrası üçün ilkin olaraq 300 min dollar nəzərdə tutulub. Lakin işin gedişində bu vəsait artırıla bilər.

Əvvəlki məqalə

Prezident İsrailin kənd təsərrüfatı nazirini qəbul edib

Sonrakı məqalə

Putin Türkiyəyə səfərə gəlir