Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorka səfər edib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva "Twitter"də bildirib. Onun sözlərinə görə, səfərin məqsədi BMT Baş Assambleyasının (BA) 76-cı sessiyasında iştirak etməkdir. “Xarici işlər naziri sessiya çərçivəsində müxtəlif toplantılarda iştirak edəcək və ikitərəfli görüşlər keçirəcək", - deyə XİN sözçüsü bildirib.