“Xeyli müqavimət  oldu… Gözləyək, görək nə olacaq?” –

Etibar Məmmədov seçkilərdən danışdı
14 Fevral 2020 - 19:14
C
“Hər şey göz qabağındadır. Öncəki seçkilərlə müqayisədə dəyişən heç nə olmadı.  Hər şey əvvəlki qaydalarla getdi…”
Azpost.info bildirir ki, bu sözləri AMİP-in fəxri sədri Etibar Məmmədov seçkilərin nəticələrini modertaor az-a şərh edərkən bildirib. Onun sözlərinə görə, buna baxmayaraq seçkilərdən sonra fəallıq bir az artdı: “Xeyli müqavimət  oldu… Bəzi dairələrin nəticələri ləğv edildi. İndi gözləyək, görək bundan sonra nə olacaq?.. ”
AMİP lideri bilavasitə səsvermə günü seçiciləri fəallığının aşağı olduğunu vurğulayıb: “Müşahidələrimizə görə, səsvermə zamanı seçici fəallığı çox aşağı olub… Çox…”
“Sizin üçün bu dəfəki parlament seçkilərində nəsə gözlənilməz bir şey oldumu?” sualına isə Ertibar Məmmədov “Xeyr” cavabını verib.