“Xeyli müqavimət  oldu… Gözləyək, görək nə olacaq?” –Etibar Məmmədov seçkilərdən danışdı

C
“Hər şey göz qabağındadır. Öncəki seçkilərlə müqayisədə dəyişən heç nə olmadı.  Hər şey əvvəlki qaydalarla getdi…”
Azpost.info bildirir ki, bu sözləri AMİP-in fəxri sədri Etibar Məmmədov seçkilərin nəticələrini modertaor az-a şərh edərkən bildirib. Onun sözlərinə görə, buna baxmayaraq seçkilərdən sonra fəallıq bir az artdı: “Xeyli müqavimət  oldu… Bəzi dairələrin nəticələri ləğv edildi. İndi gözləyək, görək bundan sonra nə olacaq?.. ”
AMİP lideri bilavasitə səsvermə günü seçiciləri fəallığının aşağı olduğunu vurğulayıb: “Müşahidələrimizə görə, səsvermə zamanı seçici fəallığı çox aşağı olub… Çox…”
“Sizin üçün bu dəfəki parlament seçkilərində nəsə gözlənilməz bir şey oldumu?” sualına isə Ertibar Məmmədov “Xeyr” cavabını verib.
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakı Polisi 16 fevral mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Sonrakı məqalə

İqtidar nə üçün qəfildən parlament seçkilərini elan etdi? –