XİN Ceyhun Bayramovla Mirzoyanın görüşəcəyini təsdiqlədi

Oktyabrın 2-də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Cenevrədə ikitərəfli görüşü keçiriləcək.

Bu barədə XİN-dən APA-nın sorğusuna cavab olaraq bildirilib.

“Məlum olduğu kimi, iki dövlətin liderlərinin bu ilin 31 avqust tarixli Brüssel görüşü razılaşmasına uyğun olaraq, Azərbaycan tərəfindən sülh müqaviləsi üzrə danışıqların aparılması üçün xarici işlər nazirlərinin görüşünə dair təkliflər verilmişdi. Bununla əlaqədar olaraq bildirmək istərdik ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin 2 oktyabr 2022-ci il tarixində Cenevrədə ikitərəfli görüşünün keçirilməsi nəzərdə tutulur”, – məlumatda deyilir.

Əvvəlki məqalə

Milli Məclis Vətən müharibəsinin başlanmasının ildönümü ilə əlaqədar Bəyanat qəbul edib

Sonrakı məqalə

Vasif Məhərrəmli Rəhimin xəstəliyi ilə bağlı görüntüləri paylaşdı –