XİN Hadrutla bağlı paylaşım edib

09 Oktyabr 2021 - 10:10

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Xocavənd rayonunun Hadrut qəsəbəsinin işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib.

XİN-in “Twitter” hesabında edilən paylaşımda deyilir:

“9 oktyabr 2020-ci il tarixində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Hadrut qəsəbəsində üçrəngli bayrağımızı ucaltdı”.