XİN Konsulluq idarəsinin həbsdə olan sabiq rəisi ev dustaqlığına buraxılıb

Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin həbsdə olan sabiq rəisi Faiq Bağırov ev dustaqlığına buraxılıb.

Bu barədə “Elektron məhkəmə” portalında bildirilib.

Məlumata görə, sentyabrın 22-də Səbail rayon məhkəməsində hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə vəsatətə baxılsa da, təxirə salınıb. Daha sonra vəsatət təmin edilib və Faiq Bağırov ev dustaqlığına buraxılıb.
F.Bağırov Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə ittiham edilir.

F.Bağırov iyulun 7-də DTX-nın Xarici İşlər Nazirliyində keçirdiyi əməliyyat zamanı saxlanılıb. İyulun 9-da onun barəsində məhkəmə qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilmişdi.(APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda valideyn himayəsindən məhrum uşaqların sayı açıqlandı

Sonrakı məqalə

Sabaha olan hava proqnozu