Xırdalan və Masazırda qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Xırdalan şəhərinin və Masazır qəsəbəsinin bəzi hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

“Azəriqaz” İB-dən bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus “Masazır yüksək təzyiqli” QPS-də təmir işləri görüləcək. Bu səbəbdən iyulun 26-sı saat 10:00-dan “Masazır” QPS-dən qidalanan “Masazır Qəsəbəsi (Masazır QPS)”, “Duz Zavodu (Masazır QPS)” və “Azpetrol LTD” MMC-yə məxsus ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir müddətində Abşeron rayonunun Masazır qəsəbəsi, yeni yaşayış massivi və Xırdalan şəhəri, “AAF Park” Yaşayış kompleksinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.