Xırdalanda çoxmərtəbəli binada yanğın söndürülüb –VİDEO /YENİLƏNİB

Abşeron rayon mərkəzində yaşayış binasında baş vermiş yanğın söndürülüb.

APA xəbər verir ki, hazırda ərazidə təxliyə işləri aparılır

**

Abşeron rayonu, Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xiıasetmə Xidmətinin qüvvələri cəlb olunub.

Nazirliyin qüvvələri tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.