Xırdalanda qadın və 3 yaşlı oğlu binadan yıxılaraq ölüb

Abşeronda ana və azyaşlı övladı binadan yıxılaraq ölüb.

Hadisə Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən “Kristal Abşeron”-1 yaşayış massivində baş verib. Binanın 5-ci mərtəbəsində yaşayan 1985-ci il təvəllüdlü Nazlı Nurməmmədova və onun oğlu – 2019-cu il təvəllüdlü Elnar Nurməmməd pəncərədən yıxılıblar. Onlar hadisə yerində keçiniblər.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya bildirilib ki, faktla bağlı araşdırma aparılır.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.