Xırdalanda yaşayış kompleksində partlayış olub

AAAF Park yaşayış kompleksində partlayış baş verib.

Hadisə Xırdalan şəhərində qeydə alınıb.

AAAF Park Yaşayış Kompleksinə məxsus elektrik lövhəsində əvvəlcə tüstülənmə baş verib. Daha sonra partlayışla müşahidə edilən yanğın qeydə alınıb.

Yanğının qarşısı alınıb. Kompleksə müvəqqəti olaraq elektrik enerjisinin verilişi dayandırılıb. Hazırda yaşayış binalarında elektrik təchizatının bərpası istiqamətində iş aparılır.

Əvvəlki məqalə

“Erməni şahmatçı üzərində qələbəm medal qazanmağımda rol oynadı”

Sonrakı məqalə

Türkiyə hərbçiləri Azərbaycana gəlib