Xızıda dəyirmanda 2 nəfər qazdan zəhərlənərək ölüb

Avqustun 13-də Xızı rayonunda yerləşən un dəyirmanı müəssisəsində 2 nəfərin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Xızı rayon prokurorluğundan verilən məlumata görə, ilkin araşdırma zamanı həmin müəssisədə iş görərkən 1974-cü il təvəllüdlü Cavid Qocayev və 1981-ci il təvəllüdlü Müşfiq Muqbilovun texniki quyularda yaranmış qazdan zəhərlənmə nəticəsində ölməsi, 1985-ci il təvəllüdlü Xəyal Rəsulovun isə zəhərlənməsi müəyyən edilib.

Faktla bağlı Xızı rayon prokurorluğunda araşdırma aparılır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.