Xızıda dağlıq ərazidə yanğın başlayıb-

Yanğının söndürülməsinə iki helikopter cəlb olunub
27 Avqust 2020 - 14:12

Xızı rayonunun Dizəvər kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Aviasiya dəstəsinin 2 helikopteri yanğınsöndürmə işlərinə cəlb edilib. (APA)

Hazırda yanğının söndürülməsi üçün təcili və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Əlavə məlumat veriləcək.