Xocalı qırğınında iştirak edən 366-cı polkun zabiti danışdı:

“Mənim günahım yoxdur...Bakıdan, Moskvadan zəng vurub söyürlər” (VİDEO)
28 Fevral 2020 - 01:48

“1992-ci ilin 25 fevral gecəsi mən Xocalıda deyildim. Həmin gün Tiflisdə olmuşam. Niyə getdiyimi isə xatırlamıram”.

Azpost.info bildirir ki, bu sözləri APA TV-yə açıqlamasında Xocalı soyqırımının törədilməsində birbaşa iştirak etmiş rus-sovet ordusunun 366-cı motoatıcı alayın mayoru Vladimir Alekseyeviç Ponomaryov bildirib.

Həmin gün Tiflisdə olduğunu iddia edən Ponomaryov 366-cı alayın Xocalı soyqırımında iştirak etmədiyini deyib:“Siz nə məni, nə də 366-cı alayı Xocalı hadisəsi ilə bağlı ittiham edə bilməzsizniz. Sizin bununla bağlı əlinizdə heç bir faktınız yoxdur. Mən bunu anlaya bilmirəm. Siz əlinizdə fakt olmadan məni ittiham edə bilməzsiniz. Bir insanı ittiham etməmişdən əvvəl sizin hüquqi sənədləriniz olmalıdır. Siz axı bunu yaxşı bilirsiniz. Bu sualın cavabını sizə Azərbaycanın keçmiş Prezidenti Ayaz Mütəllibov verə bilər”.

“Niyə məhz Ayaz Mütəllibov? Axı o, həmin faciədən altı gün sonra istefa verdi” replikamıza keçmiş sovet zabitinin cavabı anlaşılmaz oldu: “Əlbəttə, istefa verməli idi. Çünki vətəndaşını müdafiə edə bilməmək böyük biabırçılıqdır. Mən bir daha təkrar edirəm, mən 366-cı alayda Xocalı faciəsi gecəsi olmamışam. Bunu inkar edirəm. Bizə Moskvadan heç kim elə bir əmr verməmişdi. Bu ağlasığmazdır. Sovet ordusu əliyalın vətəndaşı qətlə yetirə bilməzdi. Bu cinayətdir. Mən düşüncələrimə belə sığışdıra bilmirəm bu fikirləri. Mənə bir dənə sənəd göstərin ya əmrin imzalanması, ya da başqa bir məsələ ilə bağlı”.

Jurnalisitin “ Biz sizin Moskvadan əmr aldığınızı iddia etmədik. Amma ermənilərdən alınan rüşvət müqabilində 366-cı alayın rəhbərliyinin Xocalının işğalında iştirak etdiyi cinayət işinin materiallarında əksini tapıb” sualına cavabından yayınan Ponamaryov “Sizin əlinizdə sözügedən pulla bağlı hər hansı bir sənəd varmı? Və yaxud da şahidiniz varmı? Günahsız insanları sənədsiz necə ittiham edə bilərsiniz? İllərdir 366-cı alayın adı hallanır, nəyə əsasən?”- deyib.

Ponamaryov İnterpol tərəfindən axtarışda olmasından xəbərsiz olduğunu bildirib: “Mənim heç bir günahım yoxdur. Niyə mənim adım bu siyahıda olmalıdır? Bu gün Bakıdan, Moskvadan -hər yerdən mənə zəng vurub söyurlər”.

Vladimir Alekseyeviç Ponomaryov 13 iyun 1959-cu ildə Qazaxıstanın Semipalatinsk şəhərində anadan olub. 1980-ci ildə Novosibirsk Ali Ümumqoşun Hərbi-Siyasi Məktəbini bitirib. 1980-86-cı illərdə Əfqanıstanda, 1988-1992-ci illərdə Dağlıq Qarabağda Zaqafqaziya Hərbi Dairəsinin 4-cü ordusunun, 2-ci motoatıcı diviziyasının 366-cı polkunda xidmət keçib. 2000-ci ildə Kemerovo Dövlət Universitetinin tarix fakültəsini, 2009-cu ildə Moskva İdarəetmə və Hüquq İnstitutunu bitirib. Maraq dairəsinə daxil olan sahələr terrorçuluğun fəlsəfəsi və problemləri, Ermənistan-Azərbaycan münasibətlərinin hazırkı vəziyyəti və Dağlıq Qarabağdakı etnosiyasi münaqişənin həlli prosesidir.

30 yanvar 2013-cü ildə Ermənistan Müdafiə Nazirliyinin Milli Strateji Tədqiqatlar İnstitutunda “1988-1992-ci illərdə Dağlıq Qarabağ münaqişəsinin dinamikası” mövzusunda dissertasiya müdafiə edərək, tarix elmləri namizədi alimlik dərəcəsi alıb. Əvvəlcə Ermənistan Elmlər Akademiyasının Tarix İnstitutunda, daha sonra isə Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda təcrübə keçib. Ermənistan Milli Arxivinin direktorunun hərb tarixi üzrə müşaviri, “Dağlıq Qarabağ Respublikasının fəxri vətəndaşı”, “Artsax Yazıçılar İttifaqı”nın üzvüdür. Ehtiyatda olan polkovnik-leytenantdır.

Yaşadığı ünvan: Kemerovo vilayətinin Yurqa şəhəri, Kirov küçəsi ev 35, mənzil 2. Elektron poçt ünvanları: [email protected] [email protected] Mobil: +7923-616-57-13

Yəqin diqqətinizi cəlb etdi – polkovnik-leytenant Ponomaryovun tərcümeyi-halından Ermənistan və Dağlıq Qarabağ ifadələri qırmızı xətlə keçir. Amma təkcə tərcümeyi-halından deyil, həm də həyatından. Amma qırmızı xətlə deyil, qara ləkə kimi.