Xocavənd istiqamətində düşmənin 2-ci motoatıcı alayı məhv edilib, alay komandiri qaçıb –

MÜDAFİƏ NAZİRLİYİ
03 Noyabr 2020 - 16:28

Cəbhənin Xocavənd istiqamətində gedən döyüşlərə cəlb edilən Ermənistan silahlı qüvvələrinin 2-ci motoatıcı alayına vurulan atəş zərbəsi ilə xeyli sayda şəxsi heyət məhv edilib və döyüş texnikası sıradan çıxarılıb.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, həmçinin alay komandirinin fərarilik edərək qaçdığı və D-20 artilleriya divizionunun hərbi qulluqçularının itkin düşdüyü də məlum olub.