Xocavənddə erməni silahlı dəstəsinin üzvü borca görə özünü asıb

Xocavənd rayonunun Çartar yaşayış məntəqəsində ağacdan asılı vəziyyətdə meyit tapılıb.

Erməni KİV-ləri xəbər verir ki, ölən şəxsin araşdırma nəticəsində Yemişcan yaşayış məntəqəsində yerləşən erməni silahlı dəstəsinin 2004-cü il təvəllüdlü üzvü olduğu müəyyən edilib.

İntihar etdiyi müəyyənləşdirilən qanunsuz dəstə üzvünün əyyaşlığa və qumara meyilli olduğu da bildirilir.

Yaxınları məlumat veriblər ki, külli miqdarda borclarını ödəmək məqsədilə müqavilə əsasında qeyri-qanuni erməni silahlı dəstəsinə üzv olan həmin şəxs borc sahiblərinin tələblərindən təngə gələrək özünü asıb.

Əvvəlki məqalə

Mehdiabadın icra nümayəndəsi Əli Həsənov həbs edilib

Sonrakı məqalə

Sürücüsü olmayan avtobus piyadaları vurub-