Xocavənd rayonu ərazisində yerləşən Amaras monastırı Azərbyacan ordusunun nəzarətinə keçib.
Azpost.info bildirir ki, bu barədə Ermənistanın “Ölkə üçün həyat” partiyasının təsisçisi Mesrop Arakelyan bildirib.
O Qarabağda vəziyyətin çox gərgin olduğunu və Xankəndində elektrikin olmadığını yazıb.
Qədim Alban məbədi olan Amaras 2020-ci il noyabrın 9-da imalanmış saziş nəticəsində Rusiya sülhməramlılarının məsuliyyəti zonasında qalırdı. Rus sülhməramlıları monastırı ziyarət edən Xankəndindən gələn erməni zəvvarlarını müşayiət edirdi.