Xorvatiya və Bolqarıstan avroya keçəcək

09 İyul 2020 - 15:47

Xorvatiya və Bolqarıstan qarşıdakı 3 il ərzində avroya keçməyə hazırlaşır.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu addım 19 üzvü olan avrozonanın 2015-ci ildən bəri ilk genişlənmə siyasətidir.

Son qərarı bu gün və sabah avrozonaya daxil olan, eləcə də ümumilikdə Avropa İttifaqı ölkələrinin maliyyə nazirləri qəbul edəcək.