“Ya yeni müharibə yaxındadır, ya da Naxçıvan muxtariyyəti ləğv ediləcək” –İlqar Məmmədov sərhədin bağlanmasına şərh verdi

Ölkənin quru sərhədlərin tam bağlanmasının hələlik ancaq iki mümkün səbəbini görürəm: ya yeni müharibə yaxındadır, ya da Naxçıvan muxtariyyatını ləğv edəcək referenduma hazırlıq gedir”.

Azpost.info bildirir ki, bu sözləri REAL Partiyasının sədri İlqar Məmmədov Meta-da yazıb. Onun sözlərinə görə, bu məsələdə ölkə daxilində xarici elementlərin müdaxiləsi ehtimalını minimuma endirmək məqsədi hiss olunur.

İ. Məmmədov sərhədlərin bağlanmasında AZAL-lın maraqlı olması barədə gəzən versiyanı təkzib edib: “AZAL-ın bu durumdan əlavə pul qazanması biznesin hansısa siyasi məqamlardan faydalanması mövzusudur. Bu cür qərarın siyasi sponsoru çətin ki, AZAL ola. Mən hələlik yeni müharibə ya da referendumdan başqa səbəbini görmürəm. Bəlkə bir qədər vaxt sonra başqa səbəblər də görünər”.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.