Yanvarda ölkəyə xaricdən 13 milyon dollarlıq yağ gətirilib

Yanvarda 8789 ton bitki və heyvan mənşəli piylər və yağlar idxal edilib.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, idxal edilən bitki və heyvan mənşəli piylər və yağların dəyəri 13 milyon dollar olub.

Xatırladaq ki, 2022-ci ilin yanvarında dəyəri 26,2 milyon dollar olmaqla 17,4 min ton bitki və heyvan mənşəli piylər və yağlar idxal edilib.

Əvvəlki məqalə

Laçın-Xankəndi yolunda etiraz aksiyası 77 gündür davam edir

Sonrakı məqalə

8 ton kokain ələ keçdi